Xəbər lenti

 
 
 
 
Pediatr Aytən İsmayılzadə sosial şəbəkə qeyd edib ki,orta məktəb proqramına "Sağlam qida" dərsləri salınmalıdır: “Həmişə məni həm həkim, həm vətəndaş olaraq narahat edən məsələ məktəblilərin qidalanmasıdır. Hər il sağlamlıq ayında tədbirlər keçirib bufetində isə uşaqlara kolbasa - çörək təklif edən ya çipsi kimi zir-zibil satan məktəb direktorların da xarakterini dəyişəcəyinə ümid edirəm.Təklif edirəm ki, orta məktəb proqramına "Sağlam qida" dərsləri salınsın. Bu dərslər elə belə üzdən deyil, uşaqların qida vərdişlərini, zövqünü sağlam tərəfə dəyişəcək qədər dəqiq keçilməlidir..

Pediatr Aytən xanımın bu acıqlaması ilə tanış olduqdan sonra mənə elə gəldi ki, həkimin Azərbaycan reallıqlarından xəbəri yoxdur. İlk növbədə qeyd edim ki, məktəblərdəki büfetlərin məktəb direktoruna hec bir tabeciliyi yoxdur. Həmin bufetlər manopolist MMC-lərə, sirkətlərə tabedir. Orada satılan ərzaq məhsullarına görə həmin iş adamları hər gün milyonlar qazanır. Və onlar imkan verməz ki, məktəblərdə "Sağlam qida" dərsləri kecirilsin, maarifləndirmə işi aparılsın. İkincisi, hər bir valideyin bir başa özü övladının sağlamlığına cavabdehdir.Bir cox valideyin övladının məktəb cantasına gündəlik zəruri ərzaqları qoyaraq onlara bufetdə getməyə icazə vermirlər.Pulu olmayan şagird bufetə necə gedə bilər? Deməli bufetə üz tutan məktəbliyə onun cibinə pul qoyan valideyin özü şərait yaradır. Ucüncüsü, bu gün bazarda kifayət qədər insan orqanizmi ücün yararsız ərzaq məhsulları hələ də satılmaqdadır.Bunun qarşısını almaq ücün ölkədə Qida Təhlükəsizliyi Agentliyi yaransa da onlarda bu işbazların öhdəsindən gələ bilmirlər. O ki qaldı məktəblərin bufetlərində satılan məhsullara, qeyd edək ki, bu işə bir vaxtlar ağ xalatlı, "Hippokrat" andı icmiş sanitar həkimlərimiz cavabdehlik daşıyırdılar.Vallah onda da vəziyyət bu günkündən pis idi. Beş-on manata millətin genefondunu məhv elədilər.İndi QTA bu işlə məşğul olur, amma onlar hec bir iş görə bilmədilər.

Hörmətli pediatr, məktəb bufetində satılan hər bir məhsulun arxasında kimlərin durduğunu bilsəniz, bəlkə də danışmazsınız.Nə qədər ki, bu işbazlar göz görəti milləti zəhərləyirlər, bu işə nə təhsil, nə də valideyin kömək edə bilməz. Odur ki, əlac qalır özümüzə.Gərək özümüz evdə övladlarımıza "Sağlam qida" dərslərini kecək.

Zaur Vəliyev
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov