İyulun 27-də saat 15 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində Zaqatala rayon sakini Zəkəriyyə Poladov idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

 

Bizimaz.az bildirir ki, Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov "Azenko" MMC-nin direktorudur.