Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Milli Mətbuatın 145 illiyi münasibəti ilə media nümayəndələrini təbrik edib.

 

Bizimaz.az xəbər verir ki, təbrik məktubunda deyilir:

 

“Hörmətli media nümayəndələri, hər birinizi Milli Mətbuatın 145 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi layihələrin işıqlandırılmasında, onlar haqqında məlumatların ictimaiyyətə operativ, dolğun şəkildə çatdırılmasında hər birinizin müstəsna rolu var.

Dostluğunuz, əməkdaşlığınız üçün sizə təşəkkür edir, can sağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm!

Bayramınız mübarək!”

Unikal.org