Azərbaycan-Ermənistan sərhəddindəki ən son gərginliyə etiraz məqsədi ilə yüzlərlə erməni Los Ancelesdəki Azərbaycan səfirliyinin önünə toplanıb.
Bizimaz.az bildirir ki, Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, “Azərbaycan təcavüzünə etiraz” adı altında reallaşdırılan tədbir Erməni Gənclər Federasiyası tərəfindən təşkil edilib. Bildirilir ki, tədbirə etirazını bildirmək üçün səfirliyi qarşısında toplanan soydaşlarımızla ermənilər arasında qarşıdurma yaranıb. Hadisə zamanı 50 azərbaycanlıya qarşı 2000-ə yaxın erməni hücum edib.
Nəticədə xeyli sayda yaralı xəstəxanaya yerləşdirilib. Hər iki ölkənin etirazçıları arasında vəziyyəti bərpa etmək üçün Amerika polisləri müdaxilə etməli olub. Yaranan gərginlik zamanı ABŞ hüquq-mühafizə orqanının bir əməkdaşının da xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi qeyd edilir. Məlumatda hadisə nəticəsində bir nəfərin həbs olunduğu bildirilir. Lakin onun kimliyi və ya hansı millətə aid olması barədə isə heç bir bilgi verilmir.