Gürcüstanın azərbaycanlı vətəndaşları ölkə ərazisinə daxil olmaqla bağlı çətinliklə üzləşiblər.

 

Bizimaz.az  "Report"a istinadən xəbər verir ki, 140 nəfər "Sınıq körpü" sərhəd-keçid məntəqəsinin yaxınlığında toplaşıb.

Onların Gürcüstana keçmələrinə hələ icazə verilmir. Soydaşlarımız COVID-19 testi verməyib və Vətəndə karantinə alınmağa razıdırlar. Həmin şəxslər arasında ahıl, xəstə, uşaqlı qadınlar və azyaşlılar var. Gürcüstan tərəfinin sərhədi nə zaman açacağı məlum deyil.

Qeyd edək ki, ötən gün Gürcüstan-Azərbaycan sərhədinin birtərəfli qaydada açılacağı barədə məlumatlar yayılıb. Gürcüstan vətəndaşlarının yaxın günlərdə Azərbaycandan ölkə ərazisinə keçmələrinə icazə veriləcəyi bildirilib.

 
BAKU.WS
QALEREYA