Ermənistan tərəfi Mingəçevir Su Anbarını vuracaqları barədə iddalar səsləndirib.
Bizimaz.az bildirir ki, bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki,Mingəçevir Su Anbarının yeləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin, Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir:
“Eyni zamanda, Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri “Metsamor” AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”.
istinad