Prezident İlham Əliyev Xarici İşlər naziri Elmar Məmmədyarovu vəzifəsindən azad edib.
Bizimaz.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: "Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilsin".
Xatırladaq ki, Elmar Məmmədyarov 2 aprel 2004-cü il tarixindən Xarici İşlər naziri vəzifəsində işləyirdi.
istinad