Xəbər verdiyimiz kimi, ötən gün axşam Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub.
Qanunsuz olaraq Milli Məclisin inzibati binasına daxil olan şəxslər bir sıra dağıntılar törədiblər.
Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və binadan çıxarılıblar.
Milli Məclisdə törədilən dağıntılarla bağlı fotoları təqdim edirik:
oxu.az