Xəbər lenti



Xəbər verdiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib.

 

Bizimaz.az bildirir ki, Şəhid Elşad Məmmədovun atası Dönməz Məmmədov Oxu.Az-a danışıb.

O bildirib ki, oğlu ilə qürur duyur:

“Mənim oğlum qoçaq oğul idi. Ermənidən qorxan oğul deyildi. Gözümün ağı-qarası bir oğlum vardı. O da vətən yolunda şəhid oldu. Hər oğul erməni ilə döyüşə bilmir. Mən onunla qürur duyuram. Bütün şəhidlərə Allah rəhmət eləsin. Vətən sağ olsun”.

Qeyd edək ki, dünən düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov