Tovuz rayonunun Ağdam kəndində şəhidimiz baş əsgər Elşad Məmmədovun dəfn mərasimi keçirilir.
Bizimaz.az Musavat.com-a istinadla xəbər verir ki, dəfn mərasiminə millət vəkili Qənirə Paşayeva da gəlib.
Q.Paşayeva şəhidimizin atasına, ailə üzvlərinə başsağlığı verib. Bildirib ki, Elşad Məmmədovun daha əvvəlki şücaətləri, cəbhə bölgəsində göstərdiyi qəhrəmanlıqları barədə məlumatlıdır.