Xəbər lenti

Fərhad Mollazadə ilə qohumluğumuz var. Lakin o, hökumətin adamıdır və bizim fərqli siyasi baxışlarımız olduğuna görə uzun müddətdir ki, əlaqəmiz yoxdur.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri Musavat.com-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində ( XİN) həyata keçirdiyi antikorrupsiya əməliyyatı zamanı saxlandığı bildirilən nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə barəsində danışarkən bildirib.

Deputat qeyd edib ki, F.Mollazadə ilə qohum olsalar da, heç bir əlaqələri və münasibəti yoxdur, onun saxlanması xəbərini mediadan eşidib.

Qeyd edək ki, F.Mollazadə 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, 2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibidir. DTX-nin yaydığı məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, F.Mollazadənin saxlanıldığı barədə mediada məlumat yayılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov