Moskvada faşizm üzərində qələbənin 75 illiyi münasibətilə təşkil edilən hərbi parada start verilib.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, paradı Rusiya Müdafiə naziri Sergey Şoyqu qəbul edib. Parada rəhbərlik isə Rusiya Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukova tapşırılıb.
Hərbi parada 14 min hərbçi, 234 tarixi və müasir hərbi texnika cəlb edilib. Bununla bərabər təşkil edilən parada Rusiya ilə bərabər 13 ölkənin hərbçiləri də qatılıb. Bunlar sırasında Azərbaycan, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistan hərbçiləri yer alıb.
Parada tamaşa etmək üçün Moskvaya Belarus, Özbəkistan, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Serbiya, eləcə də qondarma Cənubi Osetiya və Abxaziya liderləri gəlib.
Qeyd edək ki, Azərbaycanı hazırda paradda Müdafiə naziri Zakir Həsənov təmsil edir. Buna səbəb prezident İlham Əliyevin koronavirusla yaranan situasiyaya görə parada getməkdən imtina etməsidir.