Xəbər lenti



Azərbaycan Respublikası Baş Prokurorluğu 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə dövlət qulluqçularını təbrik edib.

 

Bizimaz.az xəbər verir ki, Baş Prokurorluğun “Facebook” səhifələrində yer alan təbrikdə deyilir:

 

"Dövlət başçısı İlham Əliyevin müdrik rəhbərliyi, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün mübarizə aparıldığı bugünlərdə öz fəaliyyətlərini pandemiya dövrünün tələblərinə uyğun şəkildə quraraq vətəndaşlara xidmət etmək üçün əllərindən gələni əsirgəməyən dövlət qulluqçuları böyük rəğbətə, dərin hörmətə və ehtirama layiqdirlər.

Bu münasibətlə Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından bütün dövlət qulluqçularını, o cümlədən prokurorluq orqanlarında peşəkar və əzmkarlıqla xidmət edən dövlət qulluqçularını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq".

"Report"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov