Dövlət ali qurumdur; onun sosial-siyasi və iqtisadi prioritetlərini müəyyən etmək üçün düşünən beyinlərdən maksimum istifadə edilməlidir. Bunun üçün ilk növbədə xalq-dövlət birliyi hər kəsin ən ümdə vəzifəsi olmalıdır. Bu mənada, bölgələrdə də eyni ruhla inkişafa birgə zəmin yaradılmalıdır.
Bəllidir ki, Azərbaycanın şəhər və rayonlarında sosial-iqtisadi və siyasi mənzərə ürəkaçandır. Ara-sıra baş verən neqativ halların da qarşısını almaq üçün uğurlu addımlar atılmalıdır.
Açığı, Qazax rayonunda da biz bu istiqamətdə əməli işlərin həyata keçirildiyini görürük. Bu gün nəinki Qazaxda, elə bütün rayonlarda aparılan ictimai, siaysi və sosial problemlərin həllində ağıllı insanlardan ibarət ictimai qrupun mənəvi köməyindən istifadə edilməli, əyri, oğru, yalan danışan, şəxsi mənafeyi naminə yaşından asılı olmayaraq yaltaqlıqla məşğul olan ünsürlər bir kənara atılmalıdır. Yalnız bu vəziyyətdə icra başçısı ilə əhalinin birgə vəhdəti yeni-yeni inkişaf prespektivinə yol aça bilər.
Tarixin bərqərar olduğu dönəmdə özünün varlığı ilə seçilən Qazax rayonu bu gün intibah dövrünü yaşayır. İcra başçısı cənab Rəcəb Babaşovun idarəçilik meyarlarının üstünlüyü rayonda çox yeniliklər etmiş, qısa bir vaxtda o, rayon camaatının rəğbətini qazanmışdır. Qazaxın sosial-iqtisadi inkişafını önə çəkən cənab Babaşov yorulmadan çalışır, günün bəlkə də 12-13 saatını Qazax əhalisinin dərd-sərinə, maddi və mənəvi ehtiyaclarına, onların yaşayış tərzinin yaxşılaşdırılmasına sərf edir. Elə bir gün olmaz ki, o, vətəndaşların ərizə və şikayətlərini dinləməmiş, problemlərin aradan qaldırılması üçün aidiyyatı üzrə tapşırıq verməmiş olsun.
Böyük ruh yüksəkliyi ilə demək mümükündür ki, Qazaxın icra başçısı Prezident cənab İlham Əliyevin uğurlu siyasətini böyük əzmlə davam etdirir, Prezidentin dedyi kimi, xalqın xidmətçisi olduğunu əməli işi ilə sübut edir.
Artıq Qazax RİH-nin aparatı elə köklənmişdir ki, orada kimin hansı vəzifə tutmasından asılı olmayaraq, vətəndaş amilinin böyüklüyünə qiymət verilir, onların istək və arzuları təxirəsalınmaz formada həyata keçirilir.
Rayonda elə bir kənd, elə bir sahə yoxdur ki, cənab Rəcəb Babaşov sakinlərin vəziyyəti ilə maraqlanmasın. Bunun nəticəsidir ki, Qazaxda kəndlə şəhər arsında heç bir fərq yoxdur. Rayonda işıq, qaz və su problemindən söhbət gedə bilməz. Hazırda inşaası cari ilin sonunda başa çatacaq kanalizasiya və su sisteminin yeni çəkilişi Rəcəb Babaşovun diqqətində olan ən mühüm məsələdir. O, elə bir gün olmaz ki, qazıntı işlərindən başlayaraq, xətlərin qoyuluşuna kimi aparılan işlərlə maraqlanmasın. Belə halda burada çalışanların da əhavl-ruhiyyəsi daha gözəl olur.
Son zamanlar isə R.Babaşovun yaşlı vətəndaşların, şəhid ailələrinin, qaçqın və
məcburi köçkünlərin ərizə və şikayətlərinə yerində baxması böyük maraq doğurur. Bunların hamısı cənab İlham Əliyevin xalqına göstərdiyi siyasətin bir qoludur.
Qazaxda yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğuna da ciddi yanaşılır. Əkin sahələrinin suvarılmasında suvarma suyundan çətinlik arxada qalıb. Bu sahədə də heç bir narazılıq yoxdur.
Rəcəb Babaşov Qazaxda çalışan iş adamları, sahibkarlar və fiziki şəxslərlə də mütəmadi olaraq fikir mübadiləsi aparır, onlara dəstək olur, qarşılaşdığı problemlərin həllində və verilən təkliflərə birbaşa yardımçı olur. Doğurdan da, onun işlədiyi müddətdə heç bir iş adamı və sahibkar bu günə kimi narazı qalmayıb. Cənab İlham Əliyevin də həmişə icra başçılarına verdiyi tövsiyyələrdən biri də budur.
R.Babaşov icra başçısı təyin edildiyi gündən Qazaxın təhsil sistemininə xüsusi qayğı göstərməsi, aparıcı kadrlara tövsiyyəsi, hər il əvvəlki illərə nisbətən ölkənin ali və orta ixtisas məktəblərinə yüksək balla abituriyentlərin daxil olması işin düzgün istiqamətləndirilməsindən xəbər verir. İcra başçısı digər sahələr kimi Qazaxdakı bütün təhsil ocaqlarına baş çəkir, şagird, tələbə və müəllimlərlə söhbətlər aparır. Təhsilin inkişafına mane olan korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizənin vacibliyini bildirir.
R.Babaşov neçə aylardır ki, dünyanın bəlasına çevrilən koronavirus panedmiyasına qarşı mübarizədə adı sevinc hissi ilə çəkilən yeganə icra başçılarındandır. Onun gərgin səyi ilə Qazaxda pandemiyaya qarşı daha müfəssəl işlər görülür.
Rayon rəhbəri pandemiyaya qarşı mübarizə çərçivəsində hüquq-mühafizə orqanlarının da əməyindən birmənalı şəkildə istifadə edir.
Bundan əlavə, onu da vurğulmalıyıq ki, Qazax RİH-də əhaliyə yüksək dərəcədə xidmətə malik kadrlar formalşmışdır. Başçının 1-cü müavini Məmməd Alıyevin də gördüyü işlər təqdirəlayiqdir. İcra başçısı cənab Rəcəb Babaşovla Məmməd Alıyevin Qazax əhalisi ilə həmrəyliyi və nəticədə cənab İlham Əliyevin sərəncam və tapşırıqlarının müzakirəsiz yerinə yetirilməsi onu göstərir ki, Qazax Rayon İcra Hakimiyyəti qazaxlıların əvəzsiz dayağına çevrilib, sakinlər rayon rəhbərliyindən tam razıdırlar.
Bəli, dövlətin əsas dayağı xalq, xalqın əsas dayağı dövlətin onlara xidmətçi göndərdiyi kadrlardır. Bu gün Qazaxda RİH başçısı cənab R.Babaşovun rəhbərliyi altında aparılan uğurlu işlər onun həqiqi mənada bir xidmətçi - əsl qurucu kadr olduğunu təsdiqləyir.
İlham Hacalı