Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edir. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm.
Bizimaz.az xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva İnstaqram hesabında qeyd edib. O bildirib ki, həkimlər əməkdar artisti xilas etmək üçün əllərindən gələni əsirgəmirlər:
“Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik. Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbir versin. Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm”.
M.Əliyevə vətəndaşlardan xəstəliyin təhlükəsinə ciddi yanaşmağı xahiş edib:
“Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun. Uca Allah hamıya cansağlığı nəsib etsin”.