Məlumdur ki, COVİD-19 pandemiyası səbəbindən orta məktəblərdə dərslərin fəaliyyəti dayandırılıb.
Ötən son 3 ayda ən böyük əziyyət onların üzərinə düşdü. Söhbət bütün şəxsi qayğılarını kənara qoyaraq fədakarlıq göstərən MÜƏLLİMdən gedir Onlar pandemiya dövründə təhsildə hər hansı bir boşluğun olmaması üçün yorulmadan, usanmadan onlayn dərslər keçdilər, teledərslər vasitəsilə hər bir evin qonağı oldular. Böyüyən hər fidanda, açılan hər qönçədə əməyi vardır MÜƏLLİMlərin .
Bu gün həmin o dəyərli İNSANlarımız - MÜƏLLİMlərimiz “Son zəng” günündə məzunlarımızı “Azərbaycanımız”a sevgi ilə uğurlayır, “yolunuz açıq olsun” deyirlər.
Bizimaz.az müəllimlərin iştirakı ilə hazırlanan videonu təqdim edir: