Sərtləşdirilmiş ikigünlük karantin dövründə Yasamalda baş vermiş məlum hadisə bir daha göstərdi ki, insanlar hələ də KOVİD-19 virusu ilə bağlı az bilgiyə malikdirlər.Və yaxud "əşi, boş şeydi" şuarına üstünlük verirlər.
Əslində, KOVİD-19 virusunun nə dərəcədə təhlükəli olduğu haqda hamının kifayət qədər məlumatı var. Dünyanı lərzəyə salan bu pandemiya ilə mübarizədən kimin qalib cıxacağı hələ də sual altındadır. Dünya dövlətləri bu virusa qarşı qabaqlayıcı tədbir görməkdədir. Nə dəqər bu virusun peyvəndi tapılmayıb, vəziyyət çətin olacaq. Ümid yalnız qabaqlayıcı tədbirlərə qalıb. Bu istiqamətdə dövlətimiz öz insanlarını qorumaq ücün bütün mümkün variantlardan istifadə etməyə calışır. Bu imkanlar yalnız əhalinin sağlamlığı naminədir desək, yanılmarıq. Belə bir dövrdə dövlətin bütün cəbhələri səfərbər edib əhalinin sağlamlığını qorumaq naminə atdığı bütün addımlar alqışalayiqdir. Və bizim üzərimizə də bu səfərbərlik dövründə vəzifələrimizi bilmək, mümkün qədər qanunlara riayət etmək düşür. Sərtləşdirilmiş karantin rejimi insanların sağlamlığına, virusun məhdudlaşdırılmasına xidmət edir. Burada başqa məqsəd güdənlər yalnız dövlətə, onun siyasətinə, əhalinin sağlamlığına qəsb etmişlərdir. Pandemiya dövründə karantin rejiminin tələblərinə əməl etmək hər birimizin borcudur.
Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi bütün göstərişlərə, tövsiyələrə dərhal əməl edilməlidir. Qərərgahın insanlara ictimai yerlərdə tibbi maska ilə bağlı tövsiyəsi və ölkə başcısı İlham Əliyevin bu yaxınlarda Tərtərdə açılış törənində bu tövsiyəyə əməl etməsi hamımıza dərs olmalı, sərtləşdirilmiş karantin rejiminin qaydalarına hamı əməl etməlidir. İndi hamı bu deviz altında birləşməlidir ki, ölkəmizdə virusa qalib gələk. İnsanlar birmənalı şəkildə dərk etməlidirlər ki, virusun yayılması onun qarşısının alınmaz olmasına gətirib cıxara bilər. Və əsl fəlakət bundan sonra başlayar.
Düzdür, Azərbaycan KOVİD-19 virusu ilə mübarizədə MDB məkanında birinci yerdədir və inşallah bu mübarizədən də elə birinci qurtulacağıq. Bunun ücün də tələblərə əməl etmək lazımdır. Tələblərə əməl etmək ücün də asayiş keşikcilərimizə dəstək olmalıyıq. Karantin rejiminin tələblərinə əməl etmək ücün bütün tədbirlər məhz polis əməkdaşlarının, sonra da digər güc strukturlarının əsas vəzifə borcudur. Odur ki, onlara ilk növbədə vəzifə borclarını yerinə yetirməyə şərait yaratmaq hamımızın ümdə borcumuz olmalıdır. Əks təqdirdə, məsuliyyət bizim üzərimizdə qalacaq, fəsadları məhz bizi tutacaq.
Yuxarıda qeyd etdiyim kimi, Yasamalda baş vermiş məlum hadisə artıq hamıya bəllidir. Karantin rejiminin qaydalarına əməl etməyəni cəzalandırmaq məhz polisin vəzifəsi olduğu ücün bu haqda ətraflı qeydlər aparmayacağam. Sadəcə olaraq bir daha insanları hüqüq-mühafizə orqanları əməkdaşlarına, xüsusən də polisin işinə maneə olmamağa cağırıram. Yasamalda baş verənlərin bir daha təkrarlanmaması ücün polis əməkdaşlarına şərait yaradılmasını, xidməti vəzifələrini layiqincə yerinə yetirməyə imkan verilməsi hamımızın ümdə vəzifə borcudur. Əgər bu gün ölkəmizdə daxili sabitlik hökm sürürsə məhz buna görə onlara borcluyuq.
Biz haqsızlıq, özbaşınalıq, qanunsuzluq gördüyümüz an niyə məhz birinci polisə müraciət edirik? Qapımızı naməlum bir şəxs döyəndə ilk növbədə onu polislə hədələyirik, niyə? Deməli, polis hər birimizin güvənc yerimizdir. Polis əməkdaşı üzərinə düşən vəzifəni yerinə yetirisə onun başına zibil atmaq olarmı? Bəlkə o atdığınız zibilin içərisində daş və yaxud başqa bərk nələrsə olardı. Axı polis də bir ailənin son ümid yeridir... Məlum o zibilatma əməliyyatı həmin vaxt xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına ağır xəsarət yetirərdi.Və yaxud ölümünə səbəb olardı. Nə bilirsiniz onlar xidməti vəzifələrini yerinə yetirən zaman hər gün kimlərlə qarşılaşır? Bəlkə bu gün həbs etdikləri bir cinayətkar sabah qardaşınızın, bacınızın və yaxud elə sizin özünüzün qatili ola bilər? Odur ki, başqa vaxt “mənim polisim” dediyiniz polis əməkdaşlarına kömək etmək lazımdır. Onlara vəzifələrini layiqincə yerinə yetirməyə şərait yaratmaq hamımızın borcudur. Özü də belə bir vaxtda.
Zaur Vəliyev