Xəbər lenti



“Bu günə qədər Cəlilabad rayon Mərkəzi Xəstəxanasına İrandan  daxil olan vətəndaşlar xəstəxanada nəzarət götürülür.  Lakin onların heç birində bu günə kimi koronavirus halı aşkar olunmayıb” 

 

Bunu Cəlilabad rayon mərkəzi xəstəxanasının direktoru İlham Əliyev REAL TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, daxil olan xəstələr xəstəxanada müayinə olunur: “Karantin müddətini başa çatdırmaq üçün  burada qeydiyyatdadırlar: “Artıq 4 gündür ki, karantində olan vətəndaşlardan bir neçəsi buraxılıb. Bunlar Azərbaycan üzərindən xaricə gedən vətəndaşlardır. Onların içərisində Yaponiya, Tailand, Qırğızıstan, Rusiya və. s ölkələrə gedən vətəndaşlar var. Bir neçə müddət qaldıqdan sonra şübhə olmadığına görə buraxılıblar. 
 Mərkəzə müraciət edənlərin əksəriyyəti azərbaycanlılardır. Bura daxil olan 60 faizi İranda oxuyan tələbələrimizdir.  Digər qismi isə İrana turist və ya başqa məqsədlə gedən vətəndaşlarımızdır”.

O bildirib ki, bu gün 18 nəfər xəstəxanaya müraciət edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov