Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımının 28-ci ildönümünü yad edib.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, bu barədə XİN rəhbəri “Twitter” hesabında paylaşım edib.
“Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın acısını dərindən paylaşırıq”, - deyə Çavuşoğlu bildirib.