Xəbər lenti



Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri ötən ilə nisbətən 25 faiz artraraq 4,4 milyard dollar olub.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

“İki ölkə arasında ticarət əlaqələrini 2023-cü ilə qədər 15 milyard dollara yüksəltməyi hədəfləyirik. Bu gün keçiriləcək Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında ticarət sazişləri imzalayaraq bu hədəfə doğru tarixi bir addım atacağıq”, – Ərdoğan bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyənin Azərbaycana birbaşa investisiyaları 11 milyard dollara çatır:

“Azərbaycanın Türkiyədəki sərmayələrinin isə bu ilin sonunda 20 milyard dollara çatacağını düşünürük. Türkiyəli podratçılar bu günə qədər Azərbaycanda 14,2 milyard dollar dəyərində ümumilikdə 141 layihə həyata keçiriblər.

Eyni zamanda iki ölkə arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq gündən-günə artır. Bundan sonra da Azərbaycanın inkişafına öz töhfəmizi verəcəyik”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün bu gün Bakıya gəlir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov