Xəbər lenti

Tanınmış veteran futbolçu İqor Ponomaryov bu gün “Şöhrət” ordeni ilə təltif olunub.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, İqor Ponomaryov 24 fevral 1960-cı ildə Bakıda anadan olub.

1978-81-ci illərdə Bakının “Neftçi” klubunda çıxış edən Ponomaryov çıxdığı 77 oyunda 25 qol vurub. Bir il Moskvanın MOİK klubunda çıxış etdikdən sonra Ponomaryov yenidən “Neftçi”yə qayıdıb və 1988-ci ilə kimi bu klubda oynayıb.

1989-cu ildə İsveçin “Norrçyopinq” klubunda çıxış edib və 17 oyuna 3 qol vurub.

SSRİ yığmasının heyətində cəmi 1 oyun keçirib. SSRİ-nin Olimpiya milli komandasının heyətində 1988-ci il Seul olimpiadasının qalibi olub.

Aktiv futbol həyatından sonra məşqçilik karyerasına başlayan Ponomaryov 2000-2001-ci illərdə futbol üzrə Azərbaycan milli yığmasının baş məşqçisi işləyib.

Müxtəlif illərdə İsveçin “Sryanska”, “Qarabağ”, “Xəzər Lənkəran” kimi klublarda baş məşqçi olub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov