Xəbər lenti



Koronavirus təhlükəsi ilə əlaqədar bir çox məktəblərdə uşaqlara çantalarında tibbi maska və spirt gəzdirmələri tapşırılıb.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, tapşırıq uşaqlara sinif müəllimləri tərəfindən verilib. Bildirilib ki, təmizlik və yayılmış epidemiya, respirator virus təhlükələrinə qarşı önləyici tədbirlər görülməlidir. Bu məqsədlə bir çox müəllim uşaqlara məktəb otağına girərkən əllərini spirt və ya nəm solfetlərlə silməyi tapşırıb. Qrip, respirator viruslardan qorunmaq üçün yolda, kütləvi yerlərdə, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etmək tapşırıb.

Ayrı-ayrı müəllimlər tərəfindən tapşırılan bu tapşırıq valideynlərin də ürəyincə olub.

Bakıda apteklərdən birinin satıcısı Zemfira Abdullayeva bildirib ki, gün ərzində tibbi maska alanların sayı çoxalıb. Həmçinin ötən gün özəl məktəblərdən biri üçün 900 manatlıq tibbi maska alınıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov