Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb.
Bizimaz.az: BAKU.WS-in “Nuhçıxan” agentliyinə istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə müvafiq qərarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də imzalayıb.
Qərarda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
- Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası 2020-ci il fevral ayının 24-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.
- Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilsin:
- Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi
- Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi
- Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar".