Xəbər lenti

 

Dünən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin DTX tərəfindən saxlanılması və rayonda aparılan dindirilmə prosesi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 

BakuPost xəbər verir ki, İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov və sürücüsü Bakıya gətirilib, rayonun ayrı-ayrı sahələrə rəhbərlik edən şəxsləri isə İcra Hakimiyyətinin binasında dindirilir.

Saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov və icra başçısının müavinləri və şöbə müdirləri də var.

Məlumata görə, dindirilmə, əsasən, rüşvət faktları ilə bağlıdır. Bu istiqamətdə dünəndən bəri bir sıra şəxslərin izahatları alınıb.

Onlar arasında bələdiyyə sədrləri də var. Dindirmə zamanı bələdiyyə sədrləri bu posta seçilmək üçün icra başçısına rüşvət verdiklərini boyunlarına alıblar.

Məsələ ilə bağlı əlavə məlumatlar veriləcək.

Qeyd edək ki, İsmayıl Vəliyev dünən günorta saatlarında saxlanılıb. O, səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verməkdə ittiham olunur.

Dünən onun tutduğu vəzifədən azad edilməsi ilə bağlı prezident sərəncam imzalayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov