Xəbər lenti

Bu gün Azərbaycanın görkəmli tarixçisi Ziya Bünyadovun anım günüdür.

 

Bizimaz.az: Kult.az Ziya Bünyadovla bağlı 7 faktı təqdim edir:

1. Ziya Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadovun ailəsində dünyaya göz açıb. Alim öz nəsil şəcərəsini araşdırıb və babalarının şeyx olduğunu üzə çıxarıb.

2. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə döyüşüb və iki dəfə ağır yaralanaraq kontuziya alıb.

3. Göstərdiyi qəhrəmanlıqlara görə 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

4. Z.Bünyadov 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranı azərbaycan dilinə tərcümə edib.

5. Ziya Bünyadov fəaliyyəti ərzində Azərbaycan tarixi ilə bağlı mühüm sənədləri üzə çıxarıb, erməni tarixçilərin uydurma iddialarına qarşı barışmaz mövqe sərgiləyib və böyük əhəmiyyət daşıyan əsərlər yazıb.

6. O, 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. Ona 4 bıçaq zərbəsi vurulub və 2 güllə atılıb. Güllələrdən biri ağzına dəyib. Alimin son anlarında yanında olmuş şəxs ondan qatilin kim olduğunu soruşsa da, bunu öyrənə bilməyib. Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi bildirilib.

7. Z.Bünyadov 1998-ci ildə vəfatından sonra Azərbaycanın o dövr üçün ən yüksək mükafatına – “İstiqlal” ordeninə layiq görülüb. Bakının böyük prospektlərindən birinə alimin adı verilib, AMEA Şərqşünaslıq İnstitutu mərhum akademikin adını daşıyır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov