Xəbər lenti

 

Baş Prokurorluqda kadr dəyişiklikləri olub.

 

Bizimaz.az: Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Sahib İsmayılov vəzifəsindən azad olunub. O, Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyinat alıb. 

Baş prokurorun digər əmri ilə Rəşid Mahmudov Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə gətirilib.

O, bundan əvvəl Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsində çalışıb. 

Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə isə Rövşən Abdullayev təyinat alıb. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov