Təhsil Nazirliyinin əməkdaşları qarlı-şaxtalı havalarda şagirdlərini məktəbə şəxsən özü aparıb-gətirən, yolda onların çantalarını daşıyan Yardımlı rayonunun Dəlləkli kənd məktəbinin müəllimi Nəcəf Məhərrəmovla görüşüb.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, görüşdən fotoları nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə paylaşıb.
Xatırladaq ki, ucqar dağ kəndində müəllim işləyən Nəcəf Məhərrəmov təxminən 1 il öncə həmkəndlisinin təsadüfi telefon çəkilişləri nəticəsində bütün ölkədə məşhurlaşmışdı. O, 20 ildən artıq bir müddətdə qarlı, şaxtalı havalarda şagirdlərini məktəbə şəxsən özü aparıb-gətirməyi, yolda onların çantalarını daşımağı, uşaqlara nağıl danışmağı ilə kənd camaatının sevimlisinə çevrilmişdi. Təsadüfən çəkilən bir şəkildən sonra isə Nəcəf müəllim bütün ölkə vətəndaşlarının rəğbətini qazanmışdı. Yardımlı rayonuna yağan 1 metr hündürlüyündə qarda cığır açaraq uşaqları məktəbə aparan müəllimin fotosu sosial şəbəkəyə yerləşdiriləndən sonra o, özünün belə xəbəri olmadan məşhurlaşmışdı.
BAKU.WS