Hərbi Hava Qüvvələrinin texniki heyət üzvü vəfat edib.
Bizimaz.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumat verilib.
Nazirlikdən bildirilib ki, mayor Rəşad Əkbərov fevralın 11-də evində olarkən qəflətən kəskin ürək-damar çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Allah rəhmət eləsin!