Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə milli komandamızın üzvlərini təbrik edib.

 

Bizimaz.az xəbər verir ki, təbrik məktubu dövlət başçısının "Twitter" səhifəsində yerləşdirilib. 

“Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün #Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə milli komandamız İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında 2 qızıl və 4 bürünc medal qazanaraq tarixi nəticəyə imza atıb.

BAKU.WS
QALEREYA