Xəbər lenti



9 fevralda keçirilən parlament seçkilərində pozuntularla bağlı şikayətlərin uyğun dairə seçki komissiyalarına verilməsi üçün müddət fevralın 12-də saat 18.00-da başa çatıb.
 
Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki Məcəlləsinə uyğun olaraq müəyyənləşdirilən təqvim planına əsasən səsvermənin nəticələri haqqında ilkin məlumat seçki günü verilir.
 
Seçki dairəsi üzrə nəticələrin müəyyən olunması, protokolun ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması 2020-ci il fevralın 12-dək bitir.
 
Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 29-dək Milli Məclisə seçkiyə yekun vurub sənədləri Konstitusiya Məhkəməsinə göndərir.
 
Təqvim planındakı bu prosedurlardan ilk ikisi artıq başa çatıb. Qalıb sonuncu prosedur. Beləliklə, Mərkəzi Seçki Komissiyası uzağı fevralın 29-dək seçkiyə yekun vurub sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək. MSK bu addım, yaxın günlərdə də, fevralın 29-da da ata bilər. 
 
Bəs qanuna görə, Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini nə zaman yoxlayacaq və təsdiq edəcək?
 
Konstitusiya Məhkəməsi MSK-dan müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır.
 
Yoxlama prosesi vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
 
Dairə seçki komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir. Konstitusiya Məhkəməsinin qərarından sonra seçilən deputatlara MSK deputat mandatını təqdim edir. İndiyə qədər ki təcrübəyə görə, yeni Milli Məclisin ilk iclasına ən yaşlı deputat sədrlik edir. Həmin iclasda Milli Məclisə sədr seçilir.
 
Beləliklə, məlum olur ki, yeni Milli Məclis martda toplaşacaq. Lakin ilk iclasın günü hələlik bəlli deyil.(musavat.com)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov