Xəbər lenti



Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilir.

 

Bizimaz.az: BAKU.WS xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində canlanma müşahidə olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs vermək üçün bu seçki məntəqəsinə gəldilər.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs verdilər.

Qeyd edək ki, Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində 574 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 20 namizəd mübarizə aparır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov