Xəbər lenti



“DAHA GÜCLÜ AZƏRBAYCAN NAMINƏ!”

 

Vüqar İskəndərovun təbliğat təşviqat kampaniyası uğurla davam edir. Namizədin öz seçiciləri ilə görüşü böyük coşğu və izdihamla baş tutub. 250-dən çox sakinin iştirak etdiyi tədbirdə YAP seçki qərargahının təbliğatçıları şəhərin hər yerində YAP-ın namizədinə göstərilən etimada görə sakinlərə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, kampaniya çərçivəsində müşahidələr onu göstərir ki, sakinlər namizəd seçimindən olduqca razıdırlar. Ölkə rəhbərinin qədim tarixi olan Şəki üçün belə gənc və potensiallı namizədi irəli sürməsini böyük həvəs və coşğu ilə qarşılayıblar. İştirakçılar çıxışlarında Vüqar İskəndərovun şəhərə bağlılığını, vətənpərvər olmasını, həmçinin gənclərə bu istiqamətdə yol göstərməsini  xüsusilə qeyd ediblər. Sonda isə Vuqar İskəndərov həm YAP rəhbərliyi tərəfindən namizəd göstərilməsini görə həm də  şərəfli missiyanı həyata keçirmək üçün ona dəstək verəcək sakinlərə öz minnətdarlığını bildirib. Qeyd edib ki, partiya platformasına nəzər salan hər kəs görə bilər ki, YAP-ın növbəti seçkilərdə qələbə çalması Azərbaycanın inkişafına daha da təkan verəcək.



© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov