Xəbər lenti



AHİK sədrinə “BDU-nun 100 illiyi” yubileyi medalı təqdim edildi .
Bizimaz.az: Yanvarın 31-də AHİK-də Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevə “ Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalını təqdim edib. Təqdimat mərasimində nazir müavini qeyd edib ki, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
F. Qurbanov Təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrlə həmin medalı Səttar Möhbalıyevə təqdim etməsindən məmnunluğunu ifadə edib. AHİK sədri Səttar Möhbalıyev yubiley medalı ilə təltif edildiyinə görə təşəkkürlərini çatdırıb, təhsil sahəsində son zamanlar aparılan islahatların müsbət nəticələr verəcəyinə inandığını bildirib.


© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov