Xəbər lenti



YAP-ın Şəki şəhər 113 saylı seçki dairəsindən olan namizədi Vüqar İskəndərov seçiciləri ilə görüşlərini davam etdirir.
Bu dəfə namizəd Şəkinin tarixi hissəsində yaşayan sakinlərlə görüşüb. Vüqar İskəndərov Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin əhəmiyyətindən söhbət açıb. Bu uğurun həm ölkə başçısı, YAP sədri İlham Əliyevin, həm də birinci xanım Mehriban Əliyevanın əvəzolunmaz xidmətləri sayəsində mümkün olduğu vurğulanıb. Qeyd edilib ki, Şəkinin dünya şəhərləri arasına daxil olması həm turizm, həm də xidmət sahəsində inkişafa təkan verəcək. Seçicilərisə belə bir tarixi məkanın sakinləri olduqları üçün fəxr etdiklərini dilə gətiriblər. Həmçinin namizədin indiyə qədərki fəaliyyətini yüksək qiymətləndiriblər. Daha sonar bəzi sakinlər müxtəlif məsələlərlə bağlı müraciətlərini namizədə ünvanlayıblar.



© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov