Xəbər lenti



“Çində olan dörd azərbaycanlı tələbə dünən gecə ölkəyə gətirilib”.

 

Bizimaz.az: Report-un xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib.

O qeyd edib ki, tələbələrin digər insanlarla ünsiyyətdə olmaması üçün Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin xüsusi ayırdığı keçiddən keçiblər:

“Daha sonra həmin tələbələr bağlı (qapalı) olan bir tibb müəssisəsinə aparılıb. Onların valideynlərinə izah olunub ki, tələbələrdə hər hansı bir xəstəlik əlamətləri aşkar edilməyib. Tədbirlər ona görə görülür ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun inkubasiya müddətini 14 gün təyin edib.

Yəni koronavirus 14 gün ərzində özünü biruzə verə bilər. Tələbələrin yerləşdirildiyi tibb müəssisəsində onlar üçün hər cür şərait yaradılıb. Bu barədə onların yaxınlarına da məlumat verilib ki, əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı bir dəyişiklik olmasa, rahatca evlərinə yola salınacaqlar”. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov