Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, səhiyyə müəssisəsində tətbiq edilən “Müalicə alan uşaqların Distant Təhsili” layihəsi 8 iyul 2019-cu il tarixindən fəaliyyətə başlamışdır.

 

Bizimaz.az :BAKU.WS xəbər verir ki, bu layihə Milli Hematologiya və Transfuziologiya Mərkəzində sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan şagirdlərə, burada müalicə alan bağçayaşı dövrü, məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün distant təhsil almaq imkanı yaradır.

Ümumi tədris fənləri üzrə dərslər həm distant, həm də canlı formada keçirilir. Distant təhsildə şagirdlər elektron materiallardan, elektron dərsliklərdən, müəllim tərəfindən şagirdlərin yaş səviyyələrinə uyğun formada hazırlanmış dərs materiallarından istifadə olunur.

Azərbaycanda ilk dəfə olaraq distant təhsildə musiqi terapiyası da tətbiq olunur. Müalicəsi tamamlanan hər bir uşağa tərifnamə təqdim olunur.

Xüsusi qayğıya ehtiyacı olan və hemotoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün “Distant Bilik” mərkəzinin yaradılması bu ağır patologiyada əziyyət çəkən uşaqlar üçün çox böyük töhfədir.

“Distant Bilik” mərkəzi olaraq gələcək hədəflərimizdə əsas məqsədimiz digər xəstəxanalarda, həmçinin ev şəraitində də müalicə alan uşaqları bu təhsil sisteminə cəlb etmək və bu yöndə daha da uğurlu addımlar atmaqdan ibarətdir.

Bizim məqsədimiz “Heç kim təhsilsiz qalmasın” şüarı altında distant təhsil sistemini hər kəsə çatdırmaq və daha da geniş kütlələri məlumatlandırmaqdır.