Xəbər lenti



 
 113 saylı Şəki şəhər seçki dairəsindən YAP-ın namizədi Vüqar İskəndərov YAP Şəki Təşkilatı Gənclər Birliyinin fəal üzvləri ilə birlikdə Baltalı kəndində sakinlərlə görüşüb.
Görüşdə 100-ə yaxın kənd sakini iştirak edib. V.İskəndərov ölkə rəhbərinin təşəbbüsü ilə regionların sosial iqtisadi inkişafı üçün aparılan islahatlardan və bu proqramın uğurla həyata keçirilməsindən söhbət açıb. Əhalini seçkilərdə fəallıq göstərərək “DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ” devizi altında inkişafa və tərəqqiyə səs verməyə dəvət edib. Daha sonra sakinlər kəndin inkişafı ilə bağlı bir neçə məsələləri namizədin diqqətinə çatdırıblar. Sakinlər böyük coşqu ilə bu dairədən olan YAP-ın namizədi V.İskəndərovu dəstəkləyəcəklərini vurğulayıblar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov