Xəbər lenti

Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi 11 saylı Qaradağ seçki dairəsindən irəli sürülən partiyanın rayon təşkilatının sədri Aydın Hüseynovun seçicilərlə görüşləri davam edir. İndiyə qədər Qobustan, Qızıldaş, Müşfiqabad qəsəbələrinin sakinləri ilə görüşlər keçirən Aydın Hüseynov 20 Yanvar şəhidlərinin və əlillərinin ailələrində, o cümlədən məhəllə və evlərdə seçicilərlə mütəmadi görüşlər keçirir. Azərbaycanın müstəqillik və azadlıq yolunda xüsusi xidmətləri ilə seçilən qəhrəmanların ibrətamiz ömür yolundan danışaraq onların hər birinin həyat yolunun gənc nəsillər üçün nümunə olduğunu bildirdi.

 

Fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinə toxunan Aydın Hüseynov YAP-ın seçki platforması barədə ətraflı məlumat verdi. Bildirdi ki, xalqa xidmət nümunəsi ilə böyük nüfur qazanan partiyamız Azərbaycanın daha da inkişafı, ölkədə sosial rifahın getdikcə yaxşılaşdırılması və digər bütün məsələlərin həlli üçün növbəti parlament seçkilərində də uğur qazanmaq və daha güclü Azərbaycan naminə çalışmaq niyyətindədir. Bu səbəbdən də bütün seçicilərin seçkidə iştirak etməsi və respublikanın gələcəyinə səs verməsi partiyamızın platformasında xüsusilə qeyd olunub.

YAP-ın seçkiqabağı platforması ilə tanış olan sakinlər növbəti seçkidə də arzu və istəklərini real formada ifadə etdirəcəklərini və daha güclü Azərbaycan naminə səs verəcəklərini bildirdilər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov