Xəbər lenti

 

Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmanla bağlı paylaşım edib. 

 

Mehriban Əliyeva Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib:

“Bu gün İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Solomonoviç Qusmanın 70 yaşı tamam olur. Çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Solomonoviç cavan qalmağı bacarmış, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olmuşdur. O, əsl vətənpərvər kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verib.

Mixail Solomonoviç Qusmanı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona və gözəl ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”.

 

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov