Xəbər lenti

 
 

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə bir sıra görüşlər keçirməyi planlaşdırdığını açıqlayıb.

 

Bu barədə TASS informasiya yayıb.

“Hələlik konkret tarixlər yoxdur, lakin mütləq olacaq. Çünki ötən il prezidentlə təmaslarımız beş, ya da altı oldu. Odur ki, bu, müntəzəm formatdır”, - “görüşlərin mütləq keçiriləcəyi”ni vurğulayan İlham Əliyev deyib.

Daha sonra “Azərbaycanı yeni Rusiya hökuməti ilə konstruktiv əməkdaşlıq gözləyirmi?” sualını cavablandıran Prezident İlham Əliyev ölkələr arasında əlaqələrin mövcud razılaşmalar kontekstində uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

“Əminəm ki, bu il də ticarət dövriyyəsinin artması və çoxşaxəli münasibətlər baxımından çox uğurlu olacaq”, - Azərbaycan Prezidenti qeyd edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov