Xəbər lenti

 

“LUKOIL” SOCAR-la Xəzərdə yeni birgə layihələr planlaşdırır.

 

TASS xəbər verir ki, bunu “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov Davos forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

V.Ələkbərov bildirib ki, tərəflər Davosda Ümumdünya İqtisadi Forumu zamanı saziş imzalaya bilər.

“Biz bir sıra layihələri müzakirə edirik - bu, Naxçıvan bloku, dəniz bloku və Abşeronun şimalındakı keçid zonasıdır. Bizim geoloqlar bu fəaliyyətlərin perspektivli olduğunu hesab edirlər”, - deyə Ələkbərov bəyan edib.

Onun sözlərinə görə, SOCAR-la tədqiqatlar barədə danışıqlar aparılacaq:

“Çox güman ki, saziş bu gün forum çərçivəsində imzalanacaq. Bu barədə ilk dəfə eşidirsiniz”.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov