Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunmuşdur.

Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda hökumətin sosial siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Son illərdə uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm, məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyev və onun xanımı, Respublikanın Birinci vitse – prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısı nəticəsində balaca fidanların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin birbaşa tabeliyində fəaliyyət göstərən dövlət idarəetmə orqanı olan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi öz səlahiyyətləri çərçivəsində tabeliyindəki Bakı şəhəri ərazisində mövcud olan dövlətə məxsus körpələr evlərində, uşaq bağçalarında, xüsusi uşaq bağçalarında, körpələr evi- uşaq bağçalarında, uşaq evlərində dövlət idarəçiliyini uğurla həyata həyata keçirir. İdarə həmçinin paytaxtda məktəbəqədər təhsil sisteminin inkişaf strategiyasını müəyyənləşdirmək, fəaliyyət prioritetlərinə uyğun olaraq məktəbəqədər təhsil sisteminin və yetkinlik yaşına çatmayan uşaqlara dövlət himayədarlığının inkişaf proqramlarını hazırlamaq, onların həyata keçirilməsini təmin etmək müstəvisində əhəmiyyətli işlər görür.

Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin müvafiq prinsiplər əsasında əlaqələndirməsi, tənzimlənməsi, müvafiq qanunvericiliyə uyğun olaraq, demokratik idarəetmə mexanizmlərinin tətbiq edilməsi, tədrisin, təlim-tərbiyə işinin keyfiyyətinə nəzarət İdarənin rəis əvəzi cənab Eldar Yunusovun daim diqqət mərkəzindədir. Məhz onun öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqlə gəlməsi sayəsində fəaliyyətlərinə əməli köməklik göstərilən müəssisələr elmi-metodik, informasiya, maddi-texniki, tədris və zəruri olan gündəlik istifadə mallarının, eləcə də, ərzaq məhsullarının təminatı sarıdan korluq çəkmrlər.
Bakı şəhərinin müvafiq rayonları üzrə, həm də rayon daxili məktəbəqədər uşaq müəssisələri və uşaq evləri üzrə uşaq günləri düzgün müəyyənləşdirilir, 1 uşaq gününə düşən ərzaq xərci proqnozu və faktiki xərc üst-üstə düşür. İdarə tərəfindən satın alınan malların ehtimal olunan qiymətləri düzgün müəyyənləşdirilir. "Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi" barədə müvafiq qərarın tələblərinə ciddi əməl edilir, mərkəzləşdirilmiş qaydada verilən əsas vəsaitlərin uçotu dəqiq aparılır.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. İdarə tərəfindən büdcə vəsaitlərinə tələbatın hazırlanması prosesində ayrı-ayrı məktəbəqədər təhsil müəssisələrindən və uşaq evlərindən büdcə vəsaitinə olan real tələbat barədə sifarişlər tələb edilir, əvvəlki illərdə nəzərdə tutulmuş vəsaitlərin icrası nəzərə alınır, bütün xərc istiqamətləri üzrə təklif olunan məbləğlər əsaslandırılır.

Müəssisələrdə keçirilən təşkilati-pedaqoli tədbirlər məktəbəqədər təhsil sisteminin və yetkinlik yaşına çatmamış uşaqlara dövlət himayədarlığının ahəngdar fəaliyyətinin təmininə, məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin fəaliyyətinin daimi inkişafına şərait yaradır, keyfiyyət göstəricilərinin yüksəldilməsinə xidmət edir.
Vətəndaşların məktəbəqədər təhsil müəssisələrində təhsil almaları üçün onların konstitusiya ilə təsbit olunmuş hüquqlarını qorumaq, məktəbəqədər təhsildə bərabər şəraitin və imkanların yaradılmasına nail olmaq üçün İdarə tərəfindən uşaq bağçaları və uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür.

Cənab Eldar Yunusov və rəhbərlik etdiyi idarənin aparıcı mütəxəssisləri iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə baş verən tendensiyaları (iqtisadi artım, əhalinin məşğulluğu, ümumi daxili məhsulun adambaşına düşən həcmi, dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi) daima izləir, onlara təsir edən faktorları müəyyənləşdirir, baş verən tendensiyaların idarənin, o cümlədən tabeliyindəki müəssisələrin fəaliyyətinə təsirini qiymətləndirir, iqtisadi qərarların qəbul edilməsi zamanı İdarənin tabeliyində olan müəssisələrə təsir edə biləcək sosial amillərin gözlənilməsi ilə bağlı təkliflər verir, onların yerinə yetirilməsi ilə bağlı məqəsədyönlü tədbirlər həyata keçirirlər.
Ötən 2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları artırıldı. Bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edildi. İnanırıq ki, İdarənin kollektivi bunca diqqət və qayğının qarşılığında öz üzərinə düşən məsuliyyətli vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün bundan sonra da daha şövqlə çalışacaq.
Zaur Vəliyev