Kardeş #Azerbaycan’ın azadlığa giden yolunda 30 yıl önce canlarını feda eden 20 Ocak Şehitleri’ni rahmetle anıyorum.
Qardaş Azərbaycanın azadlığı uğrunda 30 il əvvəl canlarını qurban verən 20 yanvar şəhidlərini rəhmətlə anıram.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.