Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkə tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar paylaşım edib.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, Mehriban Əliyevanın müraciəti "İnstagram" səhifəsinə yerləşdirilib.
"20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub. 30 il bundan əvvəl xalqımızın qəhrəman oğul və qızları azadlıq və Vətənimizin istiqlaliyyəti uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".
