Xəbər lenti

 

2019-cu ildə “SOCAR Petroleum” QSC pərakəndə satış bazarında 2,559 mln. kubmetr sıxılmış təbii qaz (CNG) satıb.

 

Bizimaz.az: QSC-dən Report-a verilən məlumata görə, 2018-ci illin eyni dövrü ilə müqayisədə, CNG-nin pərakəndə satışı 8,5 dəfədən çox artıb.

Hazırda ölkədə yeganə CNG şəbəkə təchizatçısı olan “SOCAR Petroleum”a məxsus 30 yanacaqdoldurma məntəqəsinin doqquzunda bu mühərrik yanacağının satışı həyata keçirilir və əlavə olaraq doqquz YDM-də CNG dolum məntəqələrinin montaj-quraşdırılma işləri yekunlaşdırılır.

Xatırladaq ki, CNG beynəlxalq praktikada geniş istifadə olunan qənaətli, ekoloji təmiz (Avro-6 standartının tələblərinə cavab verən) və ən təhlükəsiz mühərrik yanacağıdır. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov