![]() |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 mart 2019-cu il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Elçin Babayev universitetin kollektivinə təqdim edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin edilən Elçin Babayev ali məktəbin kollektivinə təqdim olunub.
“Azərbaycanda son iki ay ərzində inqilabi addımlar atılıb. Bunlar hamısı xalqın güzəranının yaxşılaşdırılmasına xidmət edir”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.
O qeyd edib ki, bura minimum əməkhaqqının, əmək pensiyasının, müavinətlərin, tələbə təqaüdlərinin artırılması kimi mühüm addımlar daxildir: “Bu islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın. Bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur. Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”. (report)
Bakı Dövlət Universitetinin rektoru təyin edilən Elçin Babayev Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir.
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinə yeni rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Fransa Respublikasına səfərə gedib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova azərbaycanlı jurnalistlərin məsələsi ilə bağlı Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya məktubla müraciət edib.