Xəbər lenti



 

Salam hörmətli redaksiya!

İqbal Məmmədov Lerik rayonundan deputatlığa namizədliyini irəli sürəndə, mən Lerik rayon İcra Hakimiyyəti aparatında Hüquq şöbəsində hüquq məsləhətçisi işləyirdim. Milli Məclisin o vaxtkı deputatı Miri Qənbərovla birlikdə paralel olaraq İ.Məlikov namizədliyini irəli sürmüşdü. Sözün həqiqi mənasında, var və dövlət hesabına seçicilərin bütün səslərini o, aldı. Lakin ölkə rəhbərliyi onun hansı yolla bütün bunları əldə etməsindən xəbərdar idi. Və protokol Miri Qənbərovun xeyrinə yazıldı.  Bu, o vaxtlar üçün ən real və optimal qərar idi. Soruşa bilərsiniz ki, niyə? Miri Qənbərov özünün deputatlıq müddətində Lerik rayonuna gələr, İcra Hakimiyyətinə məxsus olan hoteldə qalardı. Bu, hər üç-dörd aydan bir təkrar olunardı. Orada vətəndaşları qəbul edər və onlara maddi yardım da göstərərdi. Rayonun işlərinə qarışırdı.

Miri Qənbərov deputatlığa namizədliyini ikinci dəfə irəli sürərkən mənim əmim Məhəbbət İbadov onun vəkili idi. Yəni deputat vəkili. Bu addımı ona görə atmışdılar ki, əmim rayonda düz yarım əsr işləmiş, birinci katib və Milli Məclisin üzvü kürsüsünə qədər yüksəlmişdi. Rayonda böyük nüfuza malik idi. Tale elə gətirdi ki, sonradan İqbal Məmmədov deputat seçildi. Bir qədər dürüst desək, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin hesabına. Deyilənlərə görə, o, Rövnəq Abdullayevlə tələbə yoldaşıdır. Bir tərəfdən də, Lerik rayonunda “Relax” istirahət mərkəzinin tikilməsi İqbal Məmmədovun əl-qolunu daha da açdı. O, deputat seçilən kimi intiqam hissi ilə alovlandı. Atası Nəriman Məmmədov və özü bizim ailəyə qarşı sanki Səlib yürüşünə başladı. Əmim Məhəbbət İbadovun evinə gələn yolu kəsdirdi. Bu, onu hörmətdən salmaq üçün edilmiş addım idi. İllərlə qapıbir qonşu olmuş insanları əmimin üzərinə qaldırdı. Daha doğrusu, bir qazandan xörək yemiş, bir təndirdən çörək kəsmiş adamları ona düşmən etdi. Söz yox, sonda haqq-ədalət qalib gəldi. Əmimin evinə gedən yol da açıldı, Ulu Tanrı da sözünü dedi. İqbal Məmmədov bununla məsələləri başa çatdırmadı. Mənim də əlimdən çörəyimin alınmasına cəhd etdi və buna nail də oldu. Ona görə ki, onu Milli Məclisin deputatı yox, Lerikdə daha çox rayonun “qubernatoru” hesab edirdilər. Rayonda bir daşı da daş üstündə onsuz heç kəs qoya bilmirdi.

Ulu Tanrı yenə də öz qərar vermək missiyasına qədəm qoydu. Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzinə gələn Vergilər nazirliyinin əməkdaşları döyüldü. İstirahət mərkəzinə yoxlamaya göndərilən vergi əməkdaşları əraziyə buraxılmadı. Köməyə çağırılan polislər də “Relax” istirahət mərkəzinin qapısındaca heykəl kimi dayanmalı oldular. Vergi işçilərinə kütləvi güc tətbiq olundu. Hərəkətə keçən respublikanın güc orqanları onun oğlunu, qardaşı oğlunu və daha dörd qohumunu həbs etdi. Onlar haqqında Cinayət Məcəlləsinin 309.2 və 315.2 maddələri ilə cinayət işi başlandı. Artıq ölkə kimin-kimliyini açıq-aşkar gördü. “Relax” istirahət mərkəzində çoxlu cinayətlər olub. Hələlik bunlar haqqında danışmaq bir qədər tezdir.  Faktları sübut edə bilmirik.

İqbal Məmmədov özü də yaxşı bilir ki, Lerikin İcra Başçısı Q.Bagirov yoldaş onun əlaltısıdır. Hələlik İqbal Məmmədov deputat mandatını təhvil vermir. Bu, ölkə Prezidentinin və Milli Məclisin səlahiyyətləri səviyyəsində olan işdir. Ancaq İqbal Məmmədovun deputat mandatını təhvil verməməsi Lerik rayonunda yeni-yeni qanlı olayların yaranmasına aparır. Məsələn, məndə olan məlumata görə, mənim 2009-cu ildən aldığım evin qapılarının sındırılmasında və açarların başqasına verilməsində İqbal Məmmədovun birbaşa əli olub. Fakt: mənim evimə salmaq istədikləri qadın “Relax” istirahət mərkəzinin işçisidir. Deməli, İcra Başçısının və deputatın “əlaltısıdır”. Adını da qoyublar üçəm uşaq anası. Həmin üçəmlər Rusiyada dünyaya gəlib, hal-hazırda yetkinlik yaşındadırlar. İndi mən də sual verirəm: mənim yaxın qan qohumum Qaydagül Kazımova iki övlad dünyaya gətirmişdi. Onun evinə gedən yol da tutulmuşdu. Məsələ ilə bağlı Lerik rayon İcra Hakimiyyətinin Başçısı Q.Bagirova və Milli Məclisin deputatına dəfələrlə xahişlər olundu. Heç birisi onun evinə gedən yolu açmadılar. Evinə gedə bilməməsindən o, canını götürüb Bakı şəhərinə qaçdı. İndi mənim yaxın qan qohumum Bakı şəhərində dörd azyaşlı övladı ilə günəmuzd işlərdə işləyir.  Bu gün bir qapıda, səhər başqa qapıda. Bəs görəsən bu fakt İcra başçısının və deputatın ürəyini ağrıtmırmı?

Mən ötən ayın 24-də Azərbaycan Respublikasının Daxili işlər naziri Vilayət Eyvazovun Lənkəran şəhərində qəbulunda oldum. Ona Lerik rayon İcra Hakimiyyətində baş verən rüşvət və korrupsiya hərəkətlərindən və “Relax” istirahət mərkəzində baş verən qanlı olaylardan, qanlı olayları yaradan səbəblərdən geniş və hərtərəfli söhbət açdım. Səhəri gün Lerik şəhərinin mərkəzindəki, 2009-cu ildən aldığım və yaşadığım evin qapısı sındırılmış, açarları dəyişdirilmişdir. Səbəbini soruşduqda, mənə dedilər ki, bu işi İcra başçısının sərəncamı ilə etmişik.

Respublikanın müəyyən  orqanalarına məlumat ötürürlər ki, guya mənim evdə yaşamağıma dair heç bir sənədim yoxdur. Hətta o qədər tələsiblər ki, mənim yaşadığım yeri düzgün müəyyənləşdirməyiblər. Doğulduğum kəndlə yaşadığım yeri dəyişik salıblar. Lerik rayon İcra Hakimiyyəti Başçısının müavini Habil Məlikov isə bir qədər də “Qabağa” gedib. “Azadlıq” radiostansiyasına verdiyi müsahibəsində deyib ki, İlham İbadovun Lerik şəhərində iki otaqlı mənzili var idi. O, otaqları təhvil verməli idi. Qəribə məntiqdir! Mən əvvəllər kirayəşin qaldığım bir otaqlı evi iki otaqlı edir və mənim kimi qələmə verir. Məncə, bütün bu uydurmalar da əsasən deputat İqbal Məmmədovun “planları”, İcra Hakimiyyətinin Başçısı Q.Bagirov yoldaşın yalanlarıdır. Onu da qeyd edim ki, evimdə ikinci qrup əlil və onkoloji xəstə var. Hal-hazırda çöllərdə qalmışıq.

Nazir və Komitə sədrləri əsasən ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında bölgələrə gedir və orada vətəndaşları qəbul edirlər. Mənim Daxili İşləri nazirinin qəbulunda olduğumdan sonra belə olayların baş verməsi ölkə Prezidentinə, dövlətçiliyə qarşı yönəldilmi birbaşa təxribat xarakterli hadisədir. Bu, həm də mənim mənzil hüquqlarımın pozulması, əmlakımın talan edilməsidir. Məhkəmə qətnaməsi olmadan vətəndaşın evinə soxulmaq olarmı?

 

İlham İbadov. Lerik rayonu. “Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü. Sabiq dövlət qulluqçusu.



Son günlər mətbuatda əməkdar artist Nigar Şabanovanın “Xəzər”televiziyasında yayımlanan  “Hər şey daxil” proqramında  Opera və Balet Teatrında “Leyli” obrazını canlandırmaq üçün ondan rüşvət istənildiyi barəsində acıqlaması müzakirə mövzüsüna cevrilib. Hətta əməkdar artist Nigar Şabanova bir azda irəli gedərək həmkarı Gülyanaq Məmmədovanın da belə hallarla qarşılaşdığını bildirib.

“Bzimaz.az” xalq artisti Gülyanaq Məmmədova ilə əllaqə saxlayıb Nigar Şabanovanın dediklərinə münasibət öyrənib. Xalq artisti Nigar Şabanovanın adını eşitcək bildirdi ki, artıq bu mövzu ilə bağlı acıqlama yerməkdən yorulub.





Nigar yalan danışır. Mən onunla bu mövzuda hec vaxt sohbət etməmişəm. Teatr özü məni dəvət edib. Belə olan halda mən niyə kiməsə pul verim? Opera və Balet Teatrının direktoru Akif Məlikov və teatrın kollektivi həmişə bizə kömək edib. Biz yaradıcı insanlarıq, mən bu barədə televiziyada da münasibətimi bildirmişəm.

Qeyd edək ki, nədənənsə  Nigar Şabanovanın bu məsələ ilə bağlı acıqlaması incəsənət cameəsinin bəzi fürsətciləri ücün imkan yaradıb. İllərdi Opera və Balet Teatrının səhnəsində görünmək istəyənlərin əlinə sanki imkan düşüb. Məsələnin mahiyyətini dərk etməyən bu fürsətcilər Nigar Şabanovanı güya müdafiə etməklə özlərini "mən də varam" kimi reklam etməyə calışırlar.

Axl bir Şabanovadan soruşan yoxdur ki, sən Opera və Balet Teatrına necə gedib cıxmışdın? Hansı xidmətlərinin qarşılığında səhnəmizin “Leyli”si oldun? Bəlkə sənin “Leyli”olmağını kimsə xahiş etmişdi?

Və özünü reklam etdirmək məhz beləmi olur?  Əksinə Siz bu acıqlamanız ilə özünüzü biabır etdiniz. Belə ki, Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın açıqlamasına diqqət yetirsəniz yaxşı olardı.Və bu acıqlamadan sonra bir danışırsınız? Belə yerdə adamın yadına bir necə atalar sözü düşür...

Teatrının mətbuat xidmətinin rəhbəri konkret olaraq Sizin acıqlamanıza cavab olaraq bildirib ki, ifaçının dediklərinin heç bir əsası yoxdur, yalandır.Və biz də bu acıqlamanı yenidən Sizə xatırladırıq;

- "Bizim teatrda hər zaman gənclərə meydan imkan yaradılır. Nigar Şabanova da bir neçə il öncə gənc ifaçı kimi müraciət etmişdi, ona şərait yaradıldı. Hazırlaşdı, "Leyli” obrazını canlandırdı. Lakin nə vokal imkanları, nə də digər səhnə performansı teatrın rəhbərliyini, rejissorlarını qane etmədi. Buna görə də bir daha səhnəyə çıxmadı. Opera və Balet Teatrında nə ondan, nə də başqa birindən heç vaxt rüşvət tələb edilməyib. Hazırda bizim teatrda muğam müsabiqəsinin bir çox iştirakçıları çıxış edirlər. Onlardan soruşun ki, rüşvət almışıq?! Opera elə bir səhnədir ki, sənin vokal imkanların, səhnə görünüşün olmalıdır”.

İndi Siz deyin, əməkdar artist Nigar Şabanova, Siz səhnəyə cıxanda rüşvət vermişdiniz? Necə oldu, səhnədə olanda danışmırdınız, amma səhnədən düşən kimi və illər kecdikdən sonra danışdınız? Axı Sizə demişdilər ki, Sizin səhnə performansınız rejissorlarını qane etmədi, bunumu eşitmək istəyirdiniz?

 

Sonda bir daha xatırladım ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bir məbəddir. Və bu məbədə şər-böhtan atanlar yaddan cıxarmayın, “Yalan ayaq tutar, amma yeriməz”. Elə əməkdar artist Nigar Şabanovanın yalanları kimi...

Zaur Vəliyev

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov