Xəbər lenti

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli noyabrın 25-də Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Bibiheybət” məscidinin yaxınlığında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar hadisə yerində olublar.

Ardını oxu...





 

İndiyədək məktəblərdə baş vermiş və sosial mediaya yol tapmış insidentlərdə adətən müəllimlərin səhvləri, qanunsuz hərəkətləri əks olunurdu.Amma bu dəfə haqqında söz açdığımız hadisədə personajların yeri dəyişikdir - Müəllim öz həmkarının valideyn tərəfindən döyülməsini videoqeydə aldığı üçün töhmətlənib. Həm də təkcə töhmət almayıb...

Gəncə şəhəri, Məhəmməd Hadi adına 10 saylı tam orta məktəbin sabiq direktor müavini, Gəncə şəhəri, 4-cü mikrorayon, ev - 22, mənzil - 48 ünvanda yaşayan İsmayılova Rəna Məhəmməd qızı Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Təhsil naziri cənab Ceyhun Bayramova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə göndərdiyi müraciətnaməsinin bir surətini də "Bizim Azərbaycan" qəzetinin redaksiyasına ünvanlamış, açıq müraciət formasında dərc olunmasını xahiş etmişdir.

Müraciətində müəllifi giriş hissəsində bildirir ki, bir sıra məmurlar ölkədə aparılan təhsil siyasətinin fəlsəfəsini düzgün dərk etmir, öz şəxsi mənafelərini ümumxalq mənafeyindən üstün tutaraq ictimaiyyət tərəfindən mənfi reaksiyalara səbəb ola biləcək hərəkətlər edirlər.

Daha sonra müəllif özünü təqdim edir, nailiyyətlərini sadalayır:

"Ali təhsilliyəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. 1990-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmuşam. İşlədiyim müddətdə təşəbbüskar, daim yeniliyə can atan, yarana biləcək problemlərin qarşısını peşəkarcasına alan, mütərəqqi fikirli, bacarıqlı və işgüzar müəllim kimi fəaliyyət göstərməyə çalışmışam. Ünsiyyətcil, nəzakətli, səmimi və mehriban olduğuma görə kollektiv arasında hörmət qazanmışam.

2006-cı ildən Təhsil Nazirliyi tərəfindən aparılan ümumi Təhsil Konsepsiyasının (Milli Kurikulum) mahiyyətini dərindən mənimsəyərək pedaqoji fəaliyyətimdə müvəffəqiyyətlə tətbiq etmişəm. İKT və yeni təlim texnologiyalarını mükəmməl mənimsəyərək, öyrədənləri öyrədən, eyni zamanda Gəncə və Gəncəbasar bölgəsində təlimçi kimi fəaliyyət göstərmişəm. Azərbaycam Müəllimlərinin XIV qurutayına nümayəndə seçilmişəm. 2013-2014-cü tədris ilində sinif müəllimi olduğum sinifin bütün şagirdləri ən yüksək nəticə göstərərək hamısı ali məktəblərə qəbul olunmuşdurlar.

2018-ci ildə Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilərkən məktəb üzrə 49 bal toplayaraq ən yüksək nəticəyə nail olmuşam. Hal-hazırda pedaqoji fəaliyyətimi davam etdirmək üçün özümü həm fiziki, həm də mənəvi cəhətdən hazırlıqlı hesab edirəm".

Təqdimat hissəsindən sonra müraciətnamənin qayəsini təşkil edən şikayət gəlir:

"2 iyul 2019-cu il tarixdə 65 yaşım tamam olmuşdur. Bu barədə fəaliyyət göstərdiyim, eyni zamanda təlim-tərbiə işləri üzrə direktor müavini olduğum məktəbin direktoru Arzu Əliyevaya məlumat verərək, fəaliyyət qabiliyyətimin imkan verdiyini, fiziki və mənəvi cəhətdən hazır olduğumu nəzərə alaraq əmək müqaviləsi müddətinin uzadılmasını xahiş etdim. Həmin əmək müqaviləsinin uzadılmasında məqsədim yalnız və yalnız gələcəyimiz olan uşaqların maarifləndirilməsi olmuşdur. Şifahi olaraq razılaşdıq. Ancaq hiss edirdim ki, hər hansı bəhanə axtarılır ki, mənimlə əmək müqaviləsi bağlanmasından imtina edilsin. Belə bir bəhanə isə 4 aprel 2019-cu ildə "tapıldı".  Belə ki, məktəbimizdə çətin xarakterli bir uşaq və məktəbdə mənfi reptasiyası olan həmin uşağın anası daim şagirdlər və müəllimlərlə nahaq yerə münaqişə yaratmaqda ad çıxarmış valideyn, məktəbin ikinci mərtəbəsində yerləşən müəllimlər otağında müəllimənin üstünə hücum çəkərək onu vurmağa cəhd etdiyi vaxt hadisəni öz telefonuma çəkmişəm. Bu addımı ona görə atmışam ki, dəfələrlə həmin valideynin şantaj xarakterli addımlar atmağının şahidi olmuşuq. Sonra müəllim yoldaşlar həmin hadisəni onların telefonuna göndərməyimi xahiş etmişlər. Videoyazını müəllim yoldaşlarımdan kimsə sosial şəbəkələrdə paylaşmışdır. Mənim bundan xəbərim olmamışdır. Direktor bu barədə mənə deyəndə, mənim bundan xəbərim olmadığıını səmimi olaraq bildirdim və məqsədim videoyazını sosial şəbəkələrdə paylaşmaq yox, gələcəkdə məktəbə qarşı həmin valideynin hər hansı şər-böhtan xarakterli iddiasının qarşısının alınması olmuşdur.

Ancaq səmimi sözlərimi nəzərə almadan məktəbin direktoru Arzu Əliyeva 12 aprel 2019-cu il tarixdə Pedaqoji Şuranın iclasını çağıraraq mənə töhmət verilməsi barədə məsələni iclasın gündəliyinə salmışdır. Təlim-tərbiyə işləri üzrə direktor müavini kimi Pedaqoji Şuranın iclası necə məxfi keçirilmişdirsə, mənim xəbərim olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələbinə əsasən məktəb direktoru məndən hadisə barədə yazılı izahat tələb etməli idi. Eyni zamanda həmin Məcəllənin 186.3-cü maddəsinin normalarına görə intizam tənbehi verilərkən işçinin şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi nəzərə alınmalıdır. Təəssüf ki, məktəb direktoru mənə qarşı münasibətdə qərəzli hərəkət edərək Pedaqoji Şuranın iclasında mənim iştirakımı təmin etməmiş, şəxsiyyətimi, kollektivdə olan nüfuzumu və peşəkarlıq səviyyəmi nəzərə almayaraq, töhmət verməmişdən əvvəl izahatımı kollektiv qarşısında tələb etməmişdir. Bununla da mənim barəmdə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnən qərar qəbul edilmişdir. Tətbiq olunmuş ədalətsiz qərar məni mənəvi cəhətdən sarsıtmışdır".

Sonda Rəna müəllimə üz tutduğu iqtidar sahiblərindən Gəncə şəhəri, M.Hadi adına 10 nömrəli tam orta məktəb üzrə 12 aprel 2019-cu il tarixli 036 saylı töhmət verilməsi barədə əmrin ləğv edilməsində ona köməklik göstərilməsini xahiş edir.

Qeyd edək ki, sözügedən əmr məktəbin direktoru tərəfindən rəsmiləşdirildiyindən, Rəna İsmayılovanın üzərində olan töhmət həmin məktəbin direktoru tərəfindən əmr əsasında götürülür. Müraciətnamənin ünvanlandığı digər ünvanlar yəqin ki, onda ehtiva olunan məsələlərə münasibət bildirəcəklər. Amma biz redaksiya olaraq dəqiqləşdirmələr aparmaq məqsədilə apardığımız araşdırmalar nəticəsində bəzi məqamlara adınlıq gətirməyə çalışdıq. Qeyd edək ki, məlum hadisə zamanı məktəb direktoru kabinetində olub. Və ən maraqlısı odur ki, məktəbin 2-ci mərtəbəsində, müəllimlər otağında baş verən münaqişəyə direktor otağındakı monitordan izləyirmiş. Müəllimlər otağındakı insidenti telefonuna cəkdikdən sonra Arzu Əliyevanın direktorun kabinetinə daxil olub və ondan insidentə konstruktiv müdaxilə etməsini istəyib. Məlum olub ki, direktor isə onun gözlədiyinin əksinə olaraq monitorda hadisəyə sanki maraqlı bir filmi izləyirmiş kimi baxırmış. Direktor ona bildirib ki, "nə işinə qalıb, gəl, sən də bax".

Həmçinin öyrəndik ki, məktəb direktoru Gəncə Təhsil İdarəsinə məsələ ilə bağlı verdiyi izahatda hətta Rəna müəlliməni minnətli çıxarıb: "Yayımlanmış hadisə müəllimənin işdən çıxmasına səbəb ola bilərdi, yalnız 65 yaşının 4 aydan sonra tamam olmasını nəzərə alıb Pedaqoji Şuranın 12.04.2019-cu il tarixli 5 nömrəli qərarına əsasən töhmət verildi".

O ki qaldı Pedaqoji Şuranın 12.04.2019-cu il tarixli iclasına, Arzu Əliyeva məhkəmə hakimi kimi təkbaşına qərar verib. Deyib ki, Rəna İsmayılovaya bildiriş göndərib, amma o gəlməyib və onun yığıncağa gəlməməsi hadisənin qiymətləndirilməməsinə səbəb ola bilməz. Maraqlıdır ki, tərtib olunmuş iclas protokolunda göstərilənlərə inansaq, iştirak edən 54 nəfərin hamısı bir nəfər kimi Rəna müəllimənin əleyhinə səs verib. Halbuki, indiki dövrün texniki imkanlarına görə, elə iclasın gedişindəcə Rəna İsmayılova ilə canlı bağlantı qurmaq olardı. Daha bir şübhəli məqam budur ki, birinci çıxış edib Rəna müəlliməyə cəza verilməsini istəyən, onun hərəkətinin məktəbin nüfuzuna xələl gətirdiyini deyən şəxs məhz valideyn tərəfindən döyülən müəllimə olub. Hər şedən göründüyü kimi, direktor təqaüd yaşını haqlayan müavinini töhmətləmək üçün çox sürətlə hərəkət edib.   

Yəqin ki, məktəbdə baş verən insident araşdırılmaq əvəzinə direktor öz müavininə tez-tələsik töhmətin verilməsinin əsas məqsədini o vaxt iclasda hec kəs anlamayıb. Axı necə ola bilər ki, məktəbin giriş qapısında növbətci ola-ola valideyin binaya daxil olur, ikinci mərtəbəyə qalxır və müəlliməni müəllimlər otağında döyür. Amma bu məsələdə yalnız İsmayılova Rənaya töhmət verilir? Pedaqoji Şüranın iclsında niyə məhz Rəna müəllimənin məsələsi müzakirə edilir? Bu suallara cavab axtardıqda məlum olur ki, bütün proseslər direktorun ssenarisi əsasında cərəyan edirmiş. Məktəbdə baş verən insident isə onun ücün göydəndüşmə olub. Beləliklə direktor öz müavinini müəllimlər otağındakı  hadisəni cəkib sosial-şəbəkələrdə paylaşdığı ücün dərhal töhmət verməklə onu həm şəhər rəhbərliyinin, həm də Təhsil Nazirliyinin yanında nüfüzdan salmağa calışıb. Və bunula da direktor 65 yaşı tamam olan, ömrünü təhsilin inkişafına həsr etmiş müavini ilə yeni tədris ilində müqavilə bağlamamaq ücün əlində əsas tuta bilib. Dərhal töhmət məsələsini bütün instansiyalara catdlraraq direktor Rəna müəllimə ilə müqavilənin uzadılmasını əngəlləyib. Axı Arzu Əliyevanın əli hər yerə catır.Belə ki, direktor Arzu Əliyeva ilə bağlı elə sosial şəbəkələrdə araşdırma aparanda yuxarıda dediklərimiz öz təsdiqini tapır. Məlumatlara görə əvvəllər Samux rayonu Navağalı qəsəbə məktəbinin, eyni zamanda seçki məntəqəsinin sədri vəzifəsində işləyən Arzu Əliyeva nöqsanlarına görə rayonun sabiq rəhbəri Vilyam Hacıyev tərəfindən vəzifədən qovulub. Eyni zamanda Samux rayon icra hakimiyyətində işləyən həyat yoldaşı Qəzənfər müəllim də V. Hacıyev tərəfindən vəzifədən azad olunub. Lakin, Alı Qocayevin Samux rayonuna gəlişindən sonra Qəzənfər müəllimin yenidən icra başçısının təsərrüfat məsələləri üzrə müavini təyin edilib. Və bu təyinat Arzu Əliyevanın 10 saylı orta məktəbə direktor təyin edilməsi ilə nəticələnib. Bəs Arzu müəllimə və həyat yoldaşı sabiq icra başcısının güdazına necə tuş gəliblər?

Aldığımız məlumata görə direktor o vaxt məktəbdə əsl diktatura üsulu yaradıb. Pedaqoji kollektivin rəyi ilə hesablaşmayan, hətta müəllimlərin üstünə qışqırmaqdan, onlara hədə-qorxu gəlməkdən belə çəkinməyən A. Əliyeva şikayət edənlərə “gedin kimə istəyirsinizsə deyin, kimsədən çəkinmirəm” deyirmiş. Müəllimlər də cana yığılıb icra başcısına şikayət ediblər.
Dəfələrlə edilən şikayətlərin nəticəsində icra başcısı bu addımı atıb. 

Göründüyü kimi həyat yoldaşının yenidən ulduzunun parlaması Arzu Əliyeva ücün də düşərli olsada, yenə də köhnə əməllərindən əl cəkməyib.Məktəbdə yaratdığı mühitlə bağlı yenə şikayətlər edilməkdədir.


Mövzuya qayıdacağıq.

Z.Faziloğlu

 

 

 

 

 

 

 
 
 
 
 
 
 
 
 
 
Нажмите, чтобы Ответить, Ответить всем или Переслать
 
 
 
 
 
 
 
 
Защищён АнтиВирусом Касперского