Xəbər lenti

 

  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfərə gəliblər. 

Bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşım edib.

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib.

 

 

 



Şuşa şəhərində təməli qoyulan yeni məscid klassik üslub ilə modern üslubu özündə əks etdirən gözəl bir dini abidə olacaq. Bundan əlavə, məscidin Şuşa şəhərinin Müzəffər Ordumuz tərəfindən işğaldan azad edilən 8 noyabra tarixinə xitabən 8 formasında olması bu tarixi hadisənin gələcək nəsillərə fərqli, lakin özünəməxsus şəkildə ötürülməsi imkanını da yaradacaq.

Ardını oxu...


Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Ramazan bayramı ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Təsviredilməz qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram! Qoy insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!
Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm. Onların doğma və yaxınlarına səbir diləyirəm. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!
Bütün dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm, Allahdan onların dua və oruclarının qəbul olunmasını diləyirəm.

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".

 
BAKU.WS
VİDEO
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov