Müdafiə nazirinin tapşırığına əsasən nazirliyin zabitləri faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.
Görüş iştirakçılarını general-polkovnik Zakir Həsənovun adından salamlayan polkovnik Elvin Əzizov Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənimizin canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və fədakarlıq göstərmələrini xüsusi vurğulayıb.